Qurban Qurbanov: "İnanıram ki, futboçular meydanda əsl döyüşçü və peşəkar kimi mübarizə aparacaqlar"
11 Avq 2021
Qurban Qurbanov: "İnanıram ki, futboçular meydanda əsl döyüşçü və peşəkar kimi mübarizə aparacaqlar"
Komandanmızın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının III təsnifat mərhələsində AEL ilə oyun öncəsi mətbuat konfransında fikirlərini bölüşüb:
"Çox vacib oyun olacaq. Rəqibin gücünü səfərdə gördük. Həqiqətən topla oynamağı çox sevirlər, hücumlara sürətli çıxırlar. Biz doğma meydanımızda oynayacağıq. Bu da bizim üçün üstünlükdür, amma rəqibə çox ciddi yanaşmalıyıq. Çünki rəqib istədiyi an, boşluq görəndə istənilən rəqibi cəzalandıra bilər. Bütün hallarda diqqətli olmalıyıq. İnanıram ki, futboçular sabah meydanda əsl döyüşçü və peşəkar kimi mübarizə aparacaqlar".
