Qurban Qurbanov: "İnanıram ki, futbolçular bunu bacaracaqlar"

26 Sen 2018
Qurban Qurbanov: "İnanıram ki, futbolçular bunu bacaracaqlar"
Bu gün "Qarabağ"ımız Azərbaycan Premyer Liqasının I turundan təxirə salınmış matçda "Zirə"ni 3:2 hesabıyla məğlub edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
"Vacib 3 xal qazandıq. Hər şey planlaşdırdığımız kimi alındı. Məqsədimiz qələbə idi. “Zirə” çox yaxşı oyun göstərdi. Bu cür çıxışa görə turnir cədvəlində öz yerlərində deyillər. Düşünürəm ki, qarşıdakı oyunlarda daha yaxşı “Zirə” görəcəyik. Öz futbolçularımı təbrik edirəm. Çox sıx qrafikdəyik. Demək olar ki, hər 3 gündən bir oyun düşür. İş rejimimizi daha da artırmalıyıq. Bu, ən peşəkar ilimiz olmalıdı. İnanıram ki, futbolçular bunu bacaracaqlar".