Qurban Qurbanov: "İnanıram ki, getdikcə hər şey daha yaxşı olacaq"

22 Yan 2021
Qurban Qurbanov: "İnanıram ki, getdikcə hər şey daha yaxşı olacaq"
"Qarabağ"ımız Azərbaycan Premyer Liqasının XIV turunda səfərdə "Sabah"ı 2:1 hesabı ilə məğlub edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
"Hamımız futbol üçün darıxmışdıq. Pandemiyaya görə narahatlıq var idi. Şükürlər olsun, xəstəlik azalır. Qış fasiləsindən sonra öz oyunu istədiyin kimi göstərə bilmirsən. Rəqib ciddi hazırlaşsa da, 3 xal bizim oldu. Futbolçulardan razı qaldım. İnanıram ki, getdikcə hər şey daha yaxşı olacaq".