Qurban Qurbanov: "İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik"

single-news
21 Sen 2018

Qurban Qurbanov: "İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik"



UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"ımız səfərdə "Sportinq"ə 0:2 hesabıyla məğlub olub. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

"Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Öz oyunumuza gəlincə, narazı qaldığım məqam yoxdur. 
Futbolçularım pis təsir bağışlamadılar, hər şey düşündüyümüz kimi gedirdi. Sadəcə, iki kobud səhv etdik və qollar buraxdıq. Futbolçularımdan razıyam. İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik".

Paylaş