Qurban Qurbanov: "İnanıram ki, yaxın vaxtda torpaqlarımız geri qayıdacaq"

single-news
28 Okt 2020

Qurban Qurbanov: "İnanıram ki, yaxın vaxtda torpaqlarımız geri qayıdacaq"



"Qarabağ"ımız Avropa Liqasının qrup mərhələsinin ikinci turunda sabah İstanbul Başakşehir Fatih Terim stadionunda İspaniyanın "Vilyarreal" klubunu qəbul edəcək. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:

 

"Oyun Bakıda olmalı idi, lakin Türkiyədə keçiriləcək. Qardaş ölkədə olduğumuz üçün sevincliyik. "Vilyarreal"ın necə komanda olduğunu bilirik. Təcrübəli rəqibə qarşı oynayacağıq. Ölkəmizdən kənarda oynamaq bir az çətindi. Siyasət futbola da təsir edib. Hər bir Azərbaycan vətəndaşı üzərinə düşən vəzifəni yerinə yetirir. Biz də "Qarabağ" komandası olaraq öz vəzifəmizi düzgün yerinə yetirmək istəyirik. Bizim fikrimiz cəhbədə və əsgərlərimizin yanında olsa da, çalışırıq ki, işimizi layiqincə görək. Türkiyədə özümüzü evdə hiss edirik. Bu, bizə böyük üstünlükdü. İnanıram ki, yaxın vaxtda torpaqlarımız geri qayıdacaq".

Paylaş

// pop up