Qurban Qurbanov: "İndidən sonra bu işğal haqda yox, bu zəfərdən danışacam"

single-news
10 Noy 2020

Qurban Qurbanov: "İndidən sonra bu işğal haqda yox, bu zəfərdən danışacam"



Gecə saatlarında  Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi müjdəsi cənab Ali Baş Komandanımız tərəfindən xalqımıza çatdırıldı. İllərdir gözlədiyimiz xəbərlə bağlı komandamızın baş məşqçisi Qurban Qurbanov öz hisslərini bölüşüb:

"Bütün fikrimiz ordudan gələn xəbərlərdə idi. Hər birimizin illərdir gözlədiyi xəbəri dünən cənab Ali Baş Komandamız tərəfindən verildi. Hər zaman komandama hansı şəhəri təmsil etdiyimizi, hansı adı daşıdıqların məsuliyyətini izah edirdim. İndidən sonra bu işğal haqda yox, bu zəfərdən danışacam. 

Şükürlər olsun ki, ordumuzun şücaəti nəticəsində artıq torpaqlarımız düşmən işğalından qurtuldu, inanıram ki, məcburi köçkünlərimiz tezlikdə öz evlərinə qayıdacaq. Həmin şəhərlərimizdə oynayacağımız günü səbrsizliklə gözləyirəm.

Allah şəhidlərimizə rəhmət etsin. Allah şəhid analarımıza sebr versin. 

Gözün aydın olsun Azərbaycan".

Paylaş