Qurban Qurbanov:` Istədiklərimizi reallaşdıra bilsək..`
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
28 İyl 2011
Qurban Qurbanov:` Istədiklərimizi reallaşdıra bilsək..`
Avroliqanın III mərhələsində baş tutacaq `Brügge` - `Qarabağ` oyunu öncəsi mətbuat konfransı keçirilib. `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov yerli vaxtla 20:15-də jurnalistlərin suallarını cavablayıb:``Brügge` yetərincə ciddi rəqibdir. Avrokuboklarda böyük təcrübəsi var. Son illərdə daim qrup mərhələsində oynayırlar. Bu il 10-a yaxın oyunçu dəyişiblər. Buna baxmayaraq oyun sistemlərini toxunmayıblar. Son 2 oyunlarını izlədiyimdən bunu dəqiq deyə bilərəm. `Brügge` əvvəlki rəqiblərimizdən fərqli olaraq hücuma çox keçəcəyindən maraqlı oyun olacağını fikirləşirəm. Komandada əhval-ruhiyyə məlum səbəblərdən yaxşı ola bilməz. Xüsusilə, yol gedərkən belə xəbər eşitməyimiz bizi pərişan etdi. Nə edə bilərik? Rəşada mənəvi dəstək verməkdən başqa çarəmiz yoxdu. Artıq bu barədə danışmaq istəmirəm. Danışıdqca daha çox üzülürük.
`Brügge` ilə oyunda çalışacağıq ki, rəqibə rahat oynamağı imkan verməyək. İstədiklərimizi reallaşdıra bilsək Bakıya sərfəli nəticəylə qayıda bilərik. İnanram ki, bunu reallaşdıra biləcəyik. Rəqib nə qədər gücü olsa da, bunun üçün çalışacağıq.`