Qurban Qurbanov: "İstədiyimiz kimi oynaya bilsək, uğurlu nəticə qazana bilərik"

single-news
18 Sen 2019

Qurban Qurbanov: "İstədiyimiz kimi oynaya bilsək, uğurlu nəticə qazana bilərik"



"Qarabağ"ımız Avropa Liqasının qrup mərhələsinin ilk matçında sabah "Sevilya"nı qəbul edəcək. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:

 

"Sevilya" kimi komandanın Bakıya gəlməsi hamı üçün sevindiricidi. 1 ilə yaxın idi ki, azarkeşlərimiz belə rəqibə qarşı canlı oyun izləmirdilər. Düşünürəm ki, sabah meydanda yaxşı bir kollektiv görəcəyik, sona qədər mübarizə aparacağıq. Baxmayaraq ki, “Sevilya” Avropa Liqasında çıxış edir, düşünürəm ki, bu komanda Çempionlar Liqasında oynamağa layiqdi. Öz meydanımızda oynayırıq, maksimum ən yaxşısını etməyə çalışacağıq. İstədiyimiz kimi oynaya bilsək, uğurlu nəticə qazana bilərik".

 

İspaniyalı yarımmüdafiəçimiz Miçel də oyun haqda danışıb: 

 "Bizim üçün “Sevilya” kimi komandaya qarşı oynamaq çox xoşdu. Məlumatımız var ki, keçən mövsümün sonunda baş məşqçini dəyişiblər. Bir çox futbolçu komandanı tərk etsə də, yerlərinə güclü oyunçular gəlib. Ancaq bizim də öz arzularımız var. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik".
 

Paylaş