Qurban Qurbanov: "İstədiyimiz kimi oyun göstərmək mümkün deyildi"
2 Dek 2019
Qurban Qurbanov: "İstədiyimiz kimi oyun göstərmək mümkün deyildi"
Bu gün Azərbaycan Premyer Liqasının XIII turunda "Qarabağ"ımız səfərdə "Sabah"a 1:0 hesabıyla qalib gəlib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
"Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə idi. İstədiyimiz kimi oyun göstərmək mümkün deyildi. Bu, hər iki komandaya aiddir. Futbolçular çox əziyyət çəkdi".