Qurban Qurbanov: "Komanda getdikcə daha inamlı və güclü oynamağa başlayır"
.jpg)
13 Mar 2021
Qurban Qurbanov: "Komanda getdikcə daha inamlı və güclü oynamağa başlayır"
Premyer Liqanın 20-ci turunda "Qarabağ" "Azərsun Arena"da "Səbail"i 2:0 hesabı ilə məğlub edib. Oyundan sonra təşkil edilən mətbuat konfransında baş məşqçimiz Qurban Qurbanov qələbəni şərh edib:
"Futbolçularımı təbrik edirəm, vacib qələbə qazandıq. Hər bir oyunçudan razı qaldım. Komanda getdikcə daha inamlı və güclü oynamağa başlayır. İndi fasilə olacaq. Ola bilər ki, futbolçular fasilədə əvvəlki formalarından uzaqlaşsın. "Sabah" klubuna da uğurlar arzu edirəm".