Qurban Qurbanov: "Komanda oyun nizam-intizamını qoruyub saxladı və matçı qələbəylə yekunlaşdırdı"

single-news
19 Yan 2019

Qurban Qurbanov: "Komanda oyun nizam-intizamını qoruyub saxladı və matçı qələbəylə yekunlaşdırdı"



Bu gün "Qarabağ"ımız qış təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama matçında Çexiyanın "Bohemians" klubunu 3:1 hesabıyla məğlub edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov qarşılaşmaya belə şərh verib:

 

"Ümumən maraqlı oyun alındı, hər iki komanda sakit və yaxşı oyun göstərdi. Belə oyunlarda hesab bizim üçün önəmlidir, amma ondan önəmli olan bəzi detallar var idi ki, meydanda görmək istəyirdim və demək olar ki gördüm. Baxmayaraq ki, hesabda 0:1 geri düşsək də, komanda oyun nizam-intizamını qoruyub saxladı və matçı qələbəylə yekunlaşdırdı. İlk oyuna nisbətən bu qarşılaşma daha dinamik oldu və səhvlərimiz az oldu. Komandamdan razı qaldım".

Paylaş