Qurban Qurbanov: "Komanda oyun nizamını qorumağa çalışırdı"

single-news
6 Fev 2021

Qurban Qurbanov: "Komanda oyun nizamını qorumağa çalışırdı"



"Qarabağ" Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşündə səfərdə "Qəbələ"ni 3:0 hesabı ilə məğlub edib. Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında komandamızın baş məşqçisi Qurban Qurbanov qələbədən danışıb, futbolçuları növbəti mərhələyə yüksəlmək münasibətilə təbrik edib:

 

"Baxmayaraq ki, ilk oyunda 3:1 hesablı qələbə qazanmışdıq, ancaq futbolçularda yenə də qələbə istəyi var idi. Komanda oyun nizamını qorumağa çalışırdı. Futbolçuları təbrik edirəm. Minimum tapşırığı yerinə yetirdilər. "Qəbələ"yə isə uğurlar arzulayıram".

Paylaş

// pop up