Qurban Qurbanov: "Komandada bir qədər həyəcan var idi"

28 Noy 2017
Qurban Qurbanov: "Komandada bir qədər həyəcan var idi"
"Qarabağ"ımız ölkə kubokun 1/8 final mərhələsində "Qaradağ Lökbatan"ı 2:0 hesabıyla məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Komandamızın baş məşqçisi QUrban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
"Futbolçularımı təbrik edirəm. Komandada bir qədər həyəcan var idi. Çünki bu gün meydana çıxan futbolçuların bəziləri çoxdandı oynamırdılar. Rəqibi də təbrik edirəm. Bu gün sübut etdilər ki, birinci divizionda lider olmağa layiqdilər. Bu komandanın özünəməxsus oyunu var".