Qurban Qurbanov: "Komandada qalib əhval-ruhiyyəsini qoruyub saxlamaq lazımdı"

6 May 2018
Qurban Qurbanov: "Komandada qalib əhval-ruhiyyəsini qoruyub saxlamaq lazımdı"
Azərbaycan Premyer Liqasının 26-cı turunda baş tutan "Qarabağ" - "Neftçi" matçından sonra komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında fikirlərini bildirib:
"Rəqibi təbrik edirəm. Məğlub olsaq da, komandamın oyunundan razı qaldım. Meydanda yaxşı futbol izlədik. Hər halda, meydanda mübarizə var idi. Məğlub olmaq istəmirdim. Komandada qalib əhval-ruhiyyəsini qoruyub saxlamaq lazımdı. Neçə oyundu uduzmurduq. Buna görə, komanda daxilində bir həyəcan var idi ki, hər an uduza bilərik".