Qurban Qurbanov komandanın başında
1 Mar 2012
Qurban Qurbanov komandanın başında
`Qarabağ`ımız hazırlıqlarını davam etdirir. Martın 3-də AZAL-ı qəbul edəcək komandamız günü tək məşqlə keçirib. Milli futbolçularsız hazırlaşan komandamız çalışmanı Şəfa stadionunda keçib. Komandamızın baş məşqçimiz Qurban Qurbanovun nəzarəti altında çalışıb. Çalışıdıcımız dünən Dubayda Azərbaycan-Fələstin matçını izlədikdən dərhal sonra paytaxta qayıdıb və bugün komandanın başında olub.
