Qurban Qurbanov: "Komandanın oyun yaradıcılığından razıyam"

single-news
4 May 2021

Qurban Qurbanov: "Komandanın oyun yaradıcılığından razıyam"



Premyer Liqanın 25-ci turunda "Qarabağ" "Azersun Arena"da "Zirə"ni qəbul edib. 1:1 hesabı ilə başa çatan oyundan sonra komandamızın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında iştirak edib.

 

Baş məşqçimiz oyunla bağlı bunu deyib:

 

"Son iki oyunda qol vurmaqda çətinlik çəkirik, amma komandanın oyun yaradıcılığından razıyam. Hər oyun çoxlu qol epizodları yaradırıq. Mövsümün sonuna yaxın gərgin mübarizə gedir. Futbolçular sıx qrafikdə oynayır və buna görə əziyyət çəkirlər. "Zirə"yə növbəti oyunlarda uğurlar arzulayıram"

Paylaş