Qurban Qurbanov: “Kubok əlavə prestijdir”

single-news
29 May 2025

Qurban Qurbanov: “Kubok əlavə prestijdir”



Azərbaycan kubokunun finalında keçiriləcək “Qarabağ” - “Sabah” matçından öncə komandamızın baş məşqçisi Qurban Qurbanov və müdafiəçimiz Bəhlul Mustafazadənin mətbuat konfransı təşkil olunub. Təcrübəli mütəxəssis mayın 31-də baş tutacaq görüş barədə fikirlərini bildirib:

 

“Hamı üçün çox vacib oyundur. Final oyunları elədir ki, bütün klubların azarkeşləri bir yerə toplanır, bayram kimi olur. Bizim azarkeşlər bizə azarkeşlik edəcək, neytral azarkeşlər yaxşı futbola baxmağa gələcəklər. Komanda olaraq ən azı yaxşı oyun göstərməyə çalışacağıq. Kubok da əlavə prestijdir. Çempion olmağımıza baxmayaraq, istərdik ki, finalda yaxşı oyun göstərərək, uğurlu nəticə göstərək. “Sabah” yaxşı komandadır, son vaxtlar çox iddialıdır. Möhkəm kollektivə qarşı oynayacağıq. Klub, futbolçular belə oyunlarda inkişaf edir”.

 

Bəhlul Mustafazadə isə maraqlı oyun olacağını deyib: “Bizə qarşı çox yaxşı təşkilatlanmış “Sabah” görəcəyik. Avropa Liqasına getmək və ilk titulu qazanmaq baxımından onlar üçün böyük fürsətdir. Eyni istək bizdə də var. Titullarımızın sayını artırmaq istəyirik. Fikirləşirəm ki, çox yaxşı final görüşünə çıxacağıq”.

 

Qeyd edək ki, mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.

Paylaş

// pop up