Qurban Qurbanov: "Matçı ən azından bərabərliklə bitirə bildik"

13 Dek 2019
Qurban Qurbanov: "Matçı ən azından bərabərliklə bitirə bildik"
"Qarabağ"ımız Avropa Liqasının qrup mərhələsinin VI turunda "Düdelanj"la öz meydanında 1:1 hesablı heç-heçə edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
"Bizim üçün o qədər də yaxşı olmayan nəticə qeydə alındı. Ancaq hamımız bir yerdə olduq. Bütün azarkeşlərə təşəkkür edirəm. Maraqlı oyun oldu. Meydanda hər şeyi gördük. Həm qol oldu, həm qırmızı vərəqə. Futbolçulara təşəkkür edirəm ki, sona kimi nəticəni dəyişmək üçün mübarizə apardılar. Şükürlər olsun, matçı ən azından bərabərliklə bitirə bildik".