Qurban Qurbanov: "Məğlub olmağı deyil, qalib gəlməyi düşünürük"

single-news
29 Avq 2018

Qurban Qurbanov: "Məğlub olmağı deyil, qalib gəlməyi düşünürük"



"Qarabağ"ımız Avropa Liqasının pley-off mərhələsinin cavab matçında sabah "Şerif"i qəbul edəcək. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransənda öz fikirlərini bildirib:

"Bu mərhələdə son oyunumuzdur. Doğma azarkeşlərimizin önündə hər bir futbolçunun ən yaxşısını etməyə çalışacağını düşünürəm. Çox yaxşı müdafiə olunmağı bacaran, hücumlar təşkil edə bilən rəqibə qarşı oynayacağıq. Həddindən artıq soyuqqanlı olaraq, öz oyunumuzu oynamalıyıq. 

Komanda uğur qazanırsa, ondan daha artığı gözlənilir. Nəticə verən komandalara rəqiblər daha ciddi hazırlaşırlar. Futbolçular üçün asan deyil. Təzyiq varsa, bu da olacaq. Məğlub olmağı deyil, qalib gəlməyi düşünürük". 

Paylaş

// pop up