Qurban Qurbanov: "Məşqlərimiz düşündüyümüz kimi gedir"

single-news
30 İyn 2021

Qurban Qurbanov: "Məşqlərimiz düşündüyümüz kimi gedir"



2021/2022 mövsümünün hazırlıqlarını davam etdirən "Qarabağ" "Azersun Arena"da "Sumqayıt"la yoldaşlıq oyunu keçirib. 3:1 hesabı ilə qalib gələn komandamızın baş məşqçisi Qurban Qurbanov oyunu şərh edib:

 

"İyulun 22-dək komandanı tam hazır etmək istəyirik. Məşqlərimiz düşündüyümüz kimi gedir. Futbolçular bu il daha yaxşı istirahət etdilər. Toplanışa daha istəkli gəliblər. Həqiqətən hər məşqdən sonra inamlı oluram. Bakıda iki oyun keçirdik, futbolçulardan istədiyimizi ala bildik. Sadəcə, bu gün iki fərqli 45 dəqiqə oynadıq. Hər oyunun müəyyən faydası olur və çatışmayan cəhətləri görürsən. Çalışırıq ki, yaxşı cəhətləri daha da yaxşılaşdıraq və çatışmazlıqları aradan qaldıraq. Bakıdakı toplanış zamanı keçirdiyimiz iki oyundan razı qaldım".

Paylaş

// pop up