Qurban Qurbanov: “Meydanda sona kimi xarakterimizi göstərməliyik”

single-news
4 Avq 2025

Qurban Qurbanov: “Meydanda sona kimi xarakterimizi göstərməliyik”



Çempionlar Liqasının III təsnifat mərhələsinin “Şkendiya” (Şimali Makedoniya) - “Qarabağ” oyunundan əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis matç barədə fikirlərini bildirib:

 

"Çox vacib oyuna çıxacağıq. İlk görüşün burada keçirilməsi rəqib üçün üstünlükdür. Çünki çox yaxşı komandaya qarşı iki uğurlu oyunla qazanılan qələbədən sonra bizi qəbul edirlər. Çox istəkli komanda ilə oynayacağıq. Komandamın bu gün matça tam hazır olduğunu deyə bilərəm. Sabahkı görüşdə meydanda sona kimi xarakterimizi göstərməliyik. Bu amil çox vacib olacaq. Çünki "Şkendiya" möhkəm, istəkli komandadır. Yaxşı oyun sərgiləməyə, axıra qədər mübarizədən qopmamağa və uğurlu nəticə ilə dönməyə çalışacağıq".

 

Baş məşqçi Çempionlar Liqası və Avropa Liqasının pley-off mərhələsində potensial rəqiblər olan "Ludoqorets" və "Ferentsvaroş" barədə də danışıb: "Həm "Ludoqorets", həm də "Ferentsvaroş"a qarşı oynamışıq. Hər iki komanda ciddi rəqibdir. İstənilən halda onlardan biri ilə görüşümüz azarkeş nöqteyi nəzərdən maraqlı olacaq. Çünki bir-birimizi tanıyırıq. Bəlkə də, bu rəqiblər barədə biz daha çox düşünməli, təhlil etməli olacağıq".

Paylaş

// pop up