Qurban Qurbanov: `Müdafiədə oturacağımızı düşünməyin...!
Qurban Qurbanov: `Müdafiədə oturacağımızı düşünməyin...!
Avropa Liqası ilkin təsnifat mərhələsi, cavab oyunu çərçivəsində 08 iyul tarixində keçiriləcək `Metallurq` - `Qarabağ` matçına həsr olunmuş mətbuat konfransı üçün zala ilk olaraq `Qarabağ`ımız daxil oldu. Baş Məşqçimiz Qurban Qurbanovla yanaşı, kapitan Aslan Kərimov və müdafiəçimiz Maksim Medvedevin də iştirak etdiyi mətbuat konfransını `Metallurq` komandasının mətbuat katibi açıq elan etdi...
4:1 hesabını qabartmaq istəyən mətbuat işçilərinə cavabında Qurban müəllim, `Bu hesab heç də futbolçularımı rahat meydana çıxacağının göstəricisi deyil. Rəqibi qiymətləndiririk və güclü olduğunu düşünürük` cavabını verdi. Müdafiə xəttində problemin olması sualına baş məşqçimiz `Müdafiədəki zədəli və cəzalı futbolçuların yerini digər futbolçularımızla dolduracağımıza inanıram` cavabını verməklə yanaşı, Maksimin sabahkı oyunda start heyətində çıxacağını da rəqib komandaya mesaj göndərdi.
Aslan Kərimov ilk oyunun 4:1 nəticələnməsinə baxmayaraq, cavab görüşünün heç də asan oyun olmadığını bildirdi. Rəqib azarkeşlərin daha da ruhlandıracağı `Metallurq`un cavab oyununa daha da istəkli və qələbə əzmi ilə çıxacağını və futbolçularımızın bunu dərk etdiyini söylədi: `Oyunun həddən artıq çətin keçəcəyini düşünürəm. Amma 90 dəqiqənin sonunda biz turu keçən komanda olacağıq...` Maksim də Aslanın sözlərinə dəstək oldu: `Rəqibin ilk dəqiqədən önə atılacağını bilirik. Bunun qarşılığına güclü müdafiə olunub, sürətli hücumlarla qol vuracağımızı, hər iki oyunda qələbə qazanmağı istəyirik...`