QURBAN QURBANOV - "NEFTÇİ"NİN YENİ BAŞ MƏŞQÇİSİ !

single-news
7 İyn 2006

QURBAN QURBANOV - "NEFTÇİ"NİN YENİ BAŞ MƏŞQÇİSİ !



Çempionatda üçüncü yer və kubokdakı uğursuzluqdan sonra "Neftçi" Futbol Klubunun Baş Məşqçisi Ağasəlim Miracavadov istefa verdi. "Neftçi" Futbol Klubunun rəhbərliyi isə bu postu uzun müddət boş saxlamayaraq, bu vəzifəyə yeni baş məşqçi təyin etdi. Bu hələ ötən mövsüm futbola vida deyən Qurban Qurbanovdur. Gənc çalışdırıcı bu vəzifənin məsuliyyətini dərk etdiyini bildirərək, bunun öhdəsindən gələcəyini mediyaya çatdırmışdır: "Mən inanıram ki, komandadakı bütün çatışmamazlıqları aradan qaldıraraq, yeni mövsümdə adımıza layiq çıxış edəcəyik. " Eks Baş məşqçi Ağasəlim Mircavadov da işsiz qalmayıb. İstefadan həmən sonra onunla "Xəzər Lənkəran" danışıqlar aparmış və razılığa gəlinmişdir.

Paylaş