Qurban Qurbanov:` Nəticə deyil, məzmun önəmlidir`

single-news
14 Yan 2009

Qurban Qurbanov:` Nəticə deyil, məzmun önəmlidir`



Antalyada hazırlıqlarını davam etdirən komandamız cəmi bir gün geridə qalmasına baxmayaraq gərgin iş rejimində çalışır. Komandamızın baş məşqçisi  Qurban Qurbanov saytımıza verdiyi açıqlamada təlim-məşq toplanışında daha çox nəyə üstünlük verəcəklərini bildirib: `Təbii ki, təlim-məşq toplanışında ən böyük məqsəd fiziki hazırlıqla bağlıdır. Bu hər kəsə bəllidir. Mənim futbol fəlsəfəmyüksək fizki hazırlığa əsaslanır. Ayaqda güc olmayandan sonra nə qədər texnika olsan faydasızdır`.

Gənc mütəxəssis yoxlama oyunları ilə bağlı suala isə belə cavab verdi: `Təbii ki, yoxlama oyunu keçirəcəyik. Amma qeyd etdiyim kimi, yoxlama oyununu elə vaxtı keçirmək istərdik ki, futbolçular yanmasın. Çünki fiziki yükləmələrin fəsadı ola bilər. İlk oyunumuzu ən azı 1 həftə sonra keçirəcəyik. Böyük ehtimalla, ayın 21-də ilk oyunumuza çıxacağıq. Yoldaşlıq oyunlarının nəticəsindən deyil, ümumi məzmundan nəticə çıxarmaq istəyirik`.

Paylaş

// pop up