QURBAN QURBANOV: "NƏTİCƏ OYUNA GÖRƏ OLDU ..."
18 Sen 2006
QURBAN QURBANOV: "NƏTİCƏ OYUNA GÖRƏ OLDU ..."
Oyundan sonra Mətbuat Konfransı keçirildi.İlk olaraq, komandamızın Baş Məşqçisi Böyükağa Ağayev oyun haqqında fikirlərini bölüşdü: "Bu oyuna qədər zədəli problemlərimizi aradan qaldırmağa çalışsaq da, oyuna yenə də itkilərlə çıxdıq. Sokolovun yoxluğunda bəzi dəyişikliklərə əl atdım. Komandamın ilk hissədəki oyunundan tam razı qaldım. Veridiyim qol buraxmamaq tapşırığının öhdəsindən uşaqlar gəldilər. Bununla yanaşı, ilk hissədə rəqibə cüzi də olsa qol vurmaq üçün şans vermədik. İkinci hissənin sonunda Slobodanın zədələnməsi, mərkəzdəki uşaqların isə əvəzləcək futbolçularının olmaması yorğunluğa səbəb oldu. Son dəqiqələrdəki epizodları isə yalnız bununla əlaqələndirirəm..."
Sonra Qurban Qurbanov fikirlərini bildirdi: "Nəticə oyuna görə idi. Rəqib çox ağıllı müdafiə olunaraq, futbolçulara oynamaq üçün heç bir şans vermədi. Etiraf edək ki, azacıq ərazi üstünlüyümüz var idi. Lakin bu üstünlükdə yaratdığımız təhlükələri cərimə meydançasına qədər çatdıra bilmədik..."
Sonra Baş Məşqçilər müxtəlif səpgili suallara cavablar verdilər.
Böyükağa Ağayev: "Komandamın oyunundan tam razı qaldım. Deyim ki bu oyunu udmalıydıq, düzgün olmaz. Uşaqlar qol buraxmamaq vəzifəsinin öhdəsindən gəldilər. Lakin əks hücumda sürətli oyun isə alınmadı. Komandamın potensialı böyükdür. Artıq futbolçularımdan istədiyim oyunu görürəm və zədəlilərimizin sıraya dönüşündən sonra isə, "Qarabağ" öz gerçək gücünü göstərəcək...