Qurban Qurbanov: "Nəticə qazanmaq üçün meydanda ən yaxşısını etməyə çalışacağıq"

single-news
13 Avq 2018

Qurban Qurbanov: "Nəticə qazanmaq üçün meydanda ən yaxşısını etməyə çalışacağıq"



Bu gün "Qarabağ"ımız BATE-ylə oyunöncəsi son məşqinə çıxıb. Son hazırlıq təxminən 1 saat davam edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov məşqdən sonra oyun haqda fikirlərini bildirib:

"Daha öncə BATE-nin çox yaxşı komanda olduğunu bildirmişdim. Bakıdakı ilk oyun çox çətin oldu, sabah bundan da daha ağır oyun bizi gözləyir. Hazırki məqamda nə qədər çətin olsa da, başqa çıxış yolumuz yoxdur. Nəticə qazanmaq üçün meydanda ən yaxşısını etməyə çalışacağıq".

Paylaş