Qurban Qurbanov: "Onlar daha yaxşı qələbələrə layiqdir"

single-news
30 Avq 2019

Qurban Qurbanov: "Onlar daha yaxşı qələbələrə layiqdir"



"Qarabağ"ımız Avropa Liqasının pley-off mərhələsinin cavab matçında "Linfild"i 3:0 hesabıyla məğlub edərək ardıcıl altıncı il avrokubokların qrup mərhələsinə vəsiqəni təmin edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında oyun haqda öz fikirləini bildirib:

 

"Azarkeşlərə təşəkkür edirəm. Bu gün stadionda möhtəşəm ab-hava var idi. Onlar daha yaxşı qələbələrə layiqdi. Futbolçuları təbrik edirəm. Qalib gəldik, ancaq asan olmadı. Şükür olsun, sonra hər şey bizim tərəfimizdə oldu. Bütün Avropa oyunlarımızı götürsək, ən çox qol epizodu yaratdığımız il oldu. Sadəcə, çoxundan istifadə edə bilmədik. Əgər bunu bacarırıqsa, tez bir zamanda daha yaxşısına da nail olmalıyıq. Həm biz, həm də futbolçular daha çox çalışmalıyıq. Qrupa düşdük, rəqiblərimizi gözləməliyik. Bugünkü rəqibimiz də göstərdi ki, futbolda asan rəqib yoxdu. Komandam çox intizamlı oynadı. Sadəcə, son dəqiqədəki qol planlarımıza daxil deyildi. Azərbaycan klubları arasında Avropada tək qalmışdıq. Hamının gözü bizdə idi. Bu da bir qədər həyəcan yaradırdı. İstənilən halda, məqsədimizə çatdıq. Rəqib haqda yalnız pozitiv danışa bilərəm. Çox istəkli idilər. Müdafiə olunmaqdan və mübarizədən həzz alırdılar. Bu mərhələyə kimi elə-belə gəlib çıxmamışdılar. Onlara uğur arzulayıram".

Paylaş

QARABAĞI UNUTMA!