Qurban Qurbanov: "Oyuna yaxşı hazırlaşmışıq"

single-news
2 Okt 2019

Qurban Qurbanov: "Oyuna yaxşı hazırlaşmışıq"



"Qarabağ"ımız Avropa Liqasının qrup mərhələsinin ikinci turunda səfərdə Lüksemburqun "Düdelanj" klubunun qonağı olacaq. Baş məşqçimiz Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:

"Oyuna yaxşı hazırlaşmışıq. İlk oyunda APOEL-lə qarşılaşmada rəqib öz gücünü göstərib. Komandamızda zədəli futbolçular var, amma biz bu haqda düşünmürük. Əlimizdə olan futbolçularla ən yaxşısını etməyə çalışacağıq. Bu oyunun nəticəsi turnir cədvəli üçün həlledici deyil. Bəzən son oyunlarda  istədiyimiz nəticəni qazanmışıq, bəzən isə əldən vermişik. Qarşıda hələ 4 oyunumuz var. Müasir futbolda çox şey dəyişib, bütün komandalar bir-birini məğlub edə bilər. "Düdelanj" da bu matçın autsayderi deyil, biz məsələyə bu aspektdən baxmırıq".

Futbolçumuz Dani Kintana da öz fikirlərini bildirib:

"Bu rəqiblə 4 il əvvəl qarşılaşmışıq. Amma indiki "Düdelanj" tam başqa komandadır, yetəri qədər təcrübələri var, tamamilə fərqli oyun olacaq. Sabahkı oyunda maksimum diqqətli olmalıyıq".

Paylaş

// pop up