Qurban Qurbanov: "Oyunda istədiyimiz çox şey alındı"

single-news
2 İyl 2019

Qurban Qurbanov: "Oyunda istədiyimiz çox şey alındı"



Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ımız bu gün sonuncu yoxlama oyununda Çexiyanın "Viktoriya" klubuyla 2:2 hesablı heç-heçə edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyun haqda fikirlərini bildirib: 


"Yaxşı oyun alındı. Hesabın 2:2 başa çatmasına baxmayaraq, oyunda istədiyimiz çox şey alındı. İkinci hissədə çox dəyişiklik etdik, oyunun balansı bir az pozuldu. Son oyunumuz idi, hər oyundan oyuna daha da yaxşı performans göstərdik. 2 günlük istirahətin ardından "Partizani"ylə oyunun hazırlıqlarına başlayacağıq".

Paylaş