Qurban Qurbanov: "Oyundan oyuna daha yaxşı performans göstərəcəyik"

25 İyn 2019
Qurban Qurbanov: "Oyundan oyuna daha yaxşı performans göstərəcəyik"
Bu gün "Qarabağ"ımız Avstriyada ikinci yoxlama oyununu keçirib və Rumıniyanın "Krayova" klubuyla 0:0 hesablı heç-heçə edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyun haqda fikirlərini bildirib:
"Növbəti yoxlama oyunumuzu keçirdik. Bu gün yaxşı mübarizə apardıq və bir neçə qol epizodu yaratdıq. 3 gündən bir oynayırıq və futbolçular bu gün daha yüklənmiş vəziyyətdə meydana çıxmışdı. Oyundan oyuna daha yaxşı performans göstərəcəyik. Rəqibimiz də olduqca intizamlı və mübarizə aparan komandaydı".