Qurban Qurbanov püşkü dəyərləndirdi

23 İyn 2014
Qurban Qurbanov püşkü dəyərləndirdi
`Qarabağ`ımızın Çempionlar Liqasının II təsnifat mərhələsində rəqibi Maltanın `Valletta` komandası oldu. Komandamızın ilk görüşü səfərdə olacaq. Komandamızın baş məşqçisi Qurban Qurbanov saytımıza püşkü dəyərləndirib:` Məlum olduğu kimi, Çempionlar Liqasının bu mərhələlərində ancaq ölkələrinin çempionları çıxış edir. İlkin rəqiblərimiz müəyyənləşən zaman apardığımız araşdırma zamanı gördük ki, hər birinin avrokubok təcrübəsi var. Nəzəri cəhətdən hər birinin uğur qazanmaq şansı vardı. `Valetta` ilə qarşılaşacağıq. Rəqibin daimi avrokubok təcrübəsi var. Millisində bir neçə futbolçusu var. Azərbaycan millisiylə qarşılaşdığı zaman mübarizə aparan, sonadək döyüşən xarakterlərinin olduğunu görmüşdük. Heç kim deyə bilməz ki, biz mərhələni keşmişik. İlk oyuna qədər yetərincə vaxtımız var. Çalışacağıq ki, rəqib haqqında məlumat toplayaq. İstənilən rəqibə hörmətlə yanaşırıq. Futbol artıq elə bir dönəmə gəlib ki, zəif-güclü anlayışı yoxdu. Biz hər zaman meydana qələbə üçün çıxırıq. Amma rəqibə hörmətlə yanaşmalı və ciddi olaraq hazırlaşmalıyıq.`