Qurban Qurbanov `Qalatasaray`ın düşərgəsində!!!

single-news
6 Yan 2010

Qurban Qurbanov `Qalatasaray`ın düşərgəsində!!!



`Qarabağ`ımız Avropa klubu olmaq yönündə fəaliyyətini addım-addım davam etdirir. Modern, peşəkar klubların faydalı təcrübəsindən yararlanmaq baxımından komandamız daha bir layihəni həyata keçirib. Belə ki, komandamız gənc və istedadlı baş məşqçisi Qurban Qurbanov Türkiyəyə yollanıb. Məqsəd isə, nəinki Türkiyənin eyni zamanda bütün türk və islam dünyasının qüruru olan `Qalatasaray`ın düşərgəsində olub, bu məşhur klubun metodikasıyla tanış olmaqdır. Klubumuzun mütərəqqi proyektlər çərçivəsində həyata keçirilən bu tədbir klublararası münasibətlərin yeni inkişaf mərhələsidir. Artıq `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov `Qalatasaray`ın bu gün baş tutmuş 2 məşqini izləyib. Komandamızın çalışdırcısıyla ilk olaraq `sarı-qırmızılı`ların vitse-prezidenti Adnan Sezgin görüşüb. Qurbanovla səmimi və mehriban görüşən Adnan bəy klubu adından Qurban bəyə `xoş gəldin` deyib və azəri qardaşlarıyla birgə iş görməkdən qürur duyduqlarını bildirib. Səfər çərçivəsində bir sıra tədbirlər nəzərdə tutulub. Qurbanov `Qalatasaray`ın təlim-məşq keçəcəyi Antalyada həftəsonuna qədər qalacaq.

`Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanovun `Qalatasaray` ziyarətini  təfsilatıyla saytımızı izləməyi unutmayın...

Paylaş

// pop up