Qurban Qurbanov: "Qalib gəlməklə yanaşı yaxşı oyun göstərdilər"

single-news
18 Apr 2019

Qurban Qurbanov: "Qalib gəlməklə yanaşı yaxşı oyun göstərdilər"



Bu gün "Qarabağ"ımız Azərbaycan Premyer Liqasının XXV turunda evdə "Keşlə"ı 3:0 hesabıyla məğlub edib.

Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikilərini bildirib:

"Oyunçularımı təbrik edirəm. Qalib gəlməklə yanaşı yaxşı oyun göstərdilər. Bəlkə, hesab bizim rahat qalib gəldiyimizi göstərir. Ancaq elə də asan olmadı. "Keşlə" komandası oyunboyu bizə təzyiq göstərdi. Ancaq oyunçularımın mübarizəsindən razıyam.Mövsüm başlayandan rahat oyun olmayıb. Xal itkiləri hər zaman ola bilər. Çempionatda bir komanda çempionluğa, digəri Avroliqaya, bir başqası isə liqada qalmağa oynayır. Ona görə də mütləq çətin olacaq. Və biz hamısına hazır olmalıyıq"

Paylaş