Qurban Qurbanov: "Qalib gəlsəydik, daha yaxşı olardı"

single-news
3 Fev 2019

Qurban Qurbanov: "Qalib gəlsəydik, daha yaxşı olardı"



Bu gün "Qarabağ"ımız Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi"ylə 1:1 hesablı heç-heçə edib. Baş məşqçimiz Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

"Maraqlı oyun alındı. Bu matçı əsl derbi adlandırardım. Hər iki komanda qalib gəlmək istəyirdi. Bugünkü oyunu daha da gözəlləşdirən isə azarkeşlər oldu. Həm “Neftçi”, həm də “Qarabağ” azarkeşləri yaxşı dəstəklərini nümayiş etdirdilər. Futbolçulara təşəkkür edirəm. Layiqli mübarizə apardılar. Qarşıdakı oyunlara hazırlaşmalıyıq. 

Çatışmazlıqlar var. İlk oyun olmasına baxmayaraq, pis alınmadı. Düşünülmüş hücumlar qurduq. Bir neçə matça daha da hazır olacağıq.

3 xal geridəyik. Qalib gəlsəydik, daha yaxşı olardı. Qarşıdakı matçlara ciddi hazırlaşmalıyıq".

Paylaş