Qurban Qurbanov: "Qarşıdakı oyunlara hazırlaşacağıq"

29 Noy 2019
Qurban Qurbanov: "Qarşıdakı oyunlara hazırlaşacağıq"
Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"ımız səfərdə "Sevilya"ya 0:2 hesabıyla məğlub olub. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
"Rəqibi təbrik edirəm. Çox istərdik ki, ən azı bir xalla qayıdaq. Təəssüf ki, alınmadı. Oyunu, qrupu çox analiz edə bilərik. Futbolçular çox əziyyət çəkdi. Hamısından razı qaldım. Qarşıdakı oyunlara hazırlaşacağıq".