Qurban Qurbanov: "Qarşılaşmanın daha sürətli keçməsini istəyirdim"

single-news
23 Yan 2019

Qurban Qurbanov: "Qarşılaşmanın daha sürətli keçməsini istəyirdim"



"Qarabağ"ımız bu gün Antalyada davam edən qış təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib. Komandamız Polşanın "Piast" klubuyla 1:1 hesablı heç-heçə edib. Baş məşqçimiz Qurban Qurbanov oyunsonrası fikirlərini bildirib:

 

"Hava şəraitinə görə tam istədiyim oyun olmadı, daha sürətli qarşılaşmanın keçməsini istəyirdim. Amma istənilən halda bu hava şəraitiylə razılaşmalıyıq. Buna baxmayaraq, 90 dəqiqə planlaşdırdığımız oyunu oynaya bildik. Ola bilsin, bu gün futbolçularda bir az daha çox yüklənmə oldu, bunu da nəzərə alacağıq".

Paylaş