Qurban Qurbanov: "Qələbə ruhunu daim qorumalıyıq"

25 Fev 2021
Qurban Qurbanov: "Qələbə ruhunu daim qorumalıyıq"
Premyer Liqanın 17-ci turunda "Qarabağ" "Səbail"i 1:0 hesabı ilə məğlub edib. Oyundan sonra mətbuat konfransında iştirak edən baş məşqçimiz Qurban Qurbanov qələbəni şərh edib:
"Bizim üçün qələbə vacib idi. Son vaxtlar komandadakı istək və aqressiya məni çox sevindirir. Ola bilər, bəzi epizodlarda çox tələsirdi. Ancaq bu istəyi və qələbə ruhunu daim qorumalıyıq. Ola bilər, hansısa oyunda qalib gələ bilməyək, ancaq həmişə istəkli olmalıyıq. Bütün komandalarda da aqressiya hiss olunur. Bütün oyunlar gərgin keçir. Rəqibə də uğurlar arzu edirəm. Ümid edirəm ki, bu istəklə davam edəcəyik".