Qurban Qurbanov: "Qol şanslarından istifadə edə bilmədik"

single-news
26 Okt 2018

Qurban Qurbanov: "Qol şanslarından istifadə edə bilmədik"



"Qarabağ"ımız Avropa Liqasının qrup mərhələsində "Vorskla"ya 0:1 hesabıyla məğlub olub. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

"Biz də sizin kimi üzgünük. Qalib gəlməyi çox istəyirdik. Amma bizim üçün asan olmadı. Rəqib müdafiədə çox diqqətli oynadı. Buna baxmayaraq, xeyli sayda qol epizodlarımız oldu. Qapımıza gedən bir zərbə qolla nəticələndi. Belə oyunlarda futbolçular meydançada daha çox düşünməlidilər. Çalışmalıydıq ki, hücumlarımızı düzgün quraq. Oyunun gedişində də bunlar görünürdü. Rəqibin belə müdafiə olunduğunu bilirdik. Bəzi hücumlarımız alınırdı. Biz qol şanslarından istifadə edə bilmədik, rəqib bir vəziyyət yaratdı və yararlandı. Futbolçuların üzərinə getməyə dəyməz. Nə qədər çətin olsa da, bu oyunu unudub, qarşıdakı görüşlərə hazırlaşmalıyıq. Çünki təqvimimiz sıxdır".

Paylaş