Qurban Qurbanov: `Ramin Musayev heç vaxt mənə görə Rövnəq Abdullayevə qarşı çıxmaz`

9 Apr 2013
Qurban Qurbanov: `Ramin Musayev heç vaxt mənə görə Rövnəq Abdullayevə qarşı çıxmaz`
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Sportinfo.Az-a müsahibəsində kifayət qədər maraqlı açıqlamaları ilə diqqət çəkib.
- Qurban müəllim, millət “Neftçi” ilə bacara bilmir, “Neftçi” də sizinlə. Nə məsələdi?
- Futbolda belə hallar olur. Bizimki də elə gətirdi ki, 3 oyun “Neftçi”yə qalib gəldik. Təbii ki, qarşılaşmaya çox ciddi hazırlaşmışdıq, bizi necə bir çətin oyunun gözlədiyini bilirdik. Hazırlığımızı da buna uyğun qurduq. İstər bu oyun olsun, istər bundan əvvəlki oyun olsun, çalışırıq ki, vəziyyətə uyğun taktikaya üstünlük verək. Çox şadam ki, bizim üçün çox vacib olan bir oyundan çox vacib 3 xal götürdük.
- Görünən budur ki, “Neftçi”ni məğlub etməyin resepti sizdədir. Bəlkə bu resepti açıqlayasınız, digər həmkarlarınız da faydalana...
- Resept deyəndə ki, hər bir komandanın öz oyun üslubu var. Hansısa xüsusi resept yoxdur. Bu, sadəcə, bizim üçün uğurlu oyunlar seriyası idi. Həm də oyuna çox yaxşı köklənmişdik. Şükürlər olsun ki, uşaqları fiziki, taktiki, texniki planda tam hazırlaya bildik.
- Çoxları düşünürdü ki, sizin üçün çətin olacaq. Amma oyunda elə period yaranmışdı ki, 2:0 öndə idiniz, rəqib 10 nəfərə qalmışdı və hətta üçüncü qolu vurmaq imkanı da əldə etdiniz. Məhz bu cür asan periodun olması sizin üçün gözlənilməz olmadı ki?
- Oyunun çətin keçəcəyini 100/100 bilirdik. Qırmızı vərəqəyə gəlincə, bu, hər bir komandanın başına gələ bilər. Hər bir komanda oyunun gedişində qırmızı vərəqə ilə də cəzalana bilər, penalti ilə də. Heç kim bundan sığortlanmayıb. Bizim də başımıza gələ bilərdi. Bəli, hardasa daha ağır oyun gözləyirdik ki, o baş vermədi. Ancaq asan oyun olduğunu da deyə bilmərəm. Rahatlıqla qələbə qazanmadıq. Sizinlə razıyam, 2:1-ə qədər hər şey bizim üçün yaxşı idi. Lakin 2:1-dən sonra bir qədər çətin oldu oynamaq. Şadam ki, qələbə hesabını sona qədər qoruyub saxlaya bildik.
- Elə mən də bununla bağlı sual vermək istəyirəm ki, sona doğru futbolçularınız niyə bu dərəcədə məsuliyyətsizliyə yol verdilər? Hər halda mən bu cür düşünürəm. Çünki son dəqiqədə Tərlan Quliyevin zərbəsi dəqiqə olsaydı bunu sizin üçün faciə adlandıracaqdılar...
- Futbolda belə şeylər olur. Məğlub olan komanda irəli atılır, hər epizoddan yararlanmaq üçün bütün gücünü ortaya qoyur. Xüsusən də duran toplardan, yəni künc və cərimə zərbələrində bütünlüklə komanda olaraq, rəqibin cərimə meydançasına daxil olurlar ki, bu zaman onlara qarşı mübarizə aparmaq da çətinləşir. Müasir futbolda say nisbəti heç də həmişə işə yaramır. Bəzən 10 nəfərə qalan komanda qalib gəlir. Elə “Real” özü 10 nəfərlə qalandan sonra az qala “Barselona”nı udmayacaqdı?
- Cari mövsüm 3 dəfə “Neftçi”ni məğlub etmisiniz və heç bir klubun bacarmadığı işin öhdəsindən gəlmisiniz. Amma hələ də rəqibdən çəkinirsiniz, onları öz gözünüzdə çox böyüdürsünüz. Bax çox maraqlıdır, niyə özünüzə güvənmirsiniz?
- Yox, biz heç kimdən çəkinmirik. Sadəcə, hamıya hörmətlə yanaşırıq. Bu mənada deməzdim ki, özümüzü “Neftçi”nin yanında kiçildirik, yaxud, onları gözümüzdə böyüdürük. Özünüz də görürsünüz ki, turdan tura çempionatda mübarizə qızışır, aqressiya artır. Ona görə də turdan-tura hər oyun daha da çətinləşir. Yenə deyirəm, biz heç kimdən qorxmuruq, çəkinmirik.
- Bilirsiniz bu sualı niyə verirəm? Komandanızın kapitanı Rəşad Sadıqov mətbuata müsahibəsində deyib ki, biz 3-cü yerə oynayırıq. Axı sən ikiqat ölkə çempionunu və hazırkı lideri hər 3 oyunda məğlub etdiyin halda niyə, onun yanında gücünü kiçildirsən? Sizcə, komandanın kapitanı olaraq, Rəşadın bu cür açıqlama verməsi nə dərəcədə düzgündür?
- Gəlin, Rəşadın o sözünə o qədər də fikir verməyək.
- Axı bu müsahibəni sənin azarkeşin də oxuyur. Sən çıxıb deyəndə ki, biz 3-cü yerə oynayırıq, o azarkeş hansı həvəslə sənin çempionluğuna azarkeşlik eləsin?
- Ola bilər, hardasa fikir də düzgün çatdırılmayıb ya çatmayıb. Biz heç vaxt deməmişik ki, çempion olmaq istəmirik. Əksinə, bunu çox istəyirik. Bilirik ki, çox çətin olacaq. Amma hədəfimiz çempionluqdu, son ana qədər də bunun uğurunda “vuruşacağıq”. Nə dərəcədə nail olacağıq, ya yox, bunu zaman göstərəcək. Verilən açıqlamalar da həmin an üçün komandanın son durumuna hesablanmış acıqlılar olur.
- Az öncə “Neftçi”yə hörmət etdiyinizi bildirdiniz. Bəs, “Neftçi” niyə eyni hörməti sizə qarşı göstərmir? Məsələn, oyundan sonra Böyükağa Hacıyev sizi təbrik etmədi və bildirdi ki, “Qarabağ” təbrikə layiq deyil...
- Böyükağa Hacıyevlə isti münasibətimiz var idi, həmişə də mənim haqda xoş fikirlər söyləyib. Düzü, onun bu cür fikir söyləməsi mənim üçün gözlənilməz oldu. Çünki ötən mövsüm mən ona bir neçə dəfə uduzdum, amma hər dəfə də qələbə münasibəti ilə təbrik elədim.
- Bəlkə o, yaşca özündən kiçik məşqçiyə uduzmağı həzm eləmir?
- Mənə görə futbolda cavan-qoca söhbəti yoxdur. Təbii, hörmət öz yerində, amma sırf işdən söhbət gedirsə, burada cavan-yaşlı prinsipi ilə təhlil aparılmamalıdır. Yenə deyirəm, ən azından mən uduzanda Böyükağa Hacıyevi təbrik etmişəm. İndi o, etmədi, canı sağ olsun qoy, etməsin.
- Hacıyev bildirib ki, PFL prezidenti Ramin Musayevin “Qarabağ”a simpatiyası var. Mməhz bu səbəblərdən Musayev hakimlərə “Qarabağ”a kömək etmək tapşırığı verib. Hər halda, onun dediyi sözlərdən bu cür başa düşülür...
- Düzü, bilmirəm bu suala necə cavab verim, nə cavab verim. Bəli, Ramin müəllimlə biz dostuq, çox yaxın münasibətimiz var. Amma bunlar futbolda rol oynamır. Ramin müəllim elə insandır ki, çalışır çempionat yüksək səviyyədə keçsin, güclü olan qalib gəlsin. Həm bir şeyi də nəzərə alaq ki, Ramin müəllimin Rövnəq Abdullayevlə münasibəti məndən də qat-qat yaxşıdır. Yəni, Ramin Musayev heç vaxt mənə görə Rövnəq Abdullayevə qarşı çıxmaz.
- Rəqib hakimdən narazılıq edir, amma elə ən böyük hakim haqsızlığı sizə qarşı olub. Belə ki, təmiz qolunuzu qeydə almayıblar. Buna münasibətiniz?
- Doğrudur, həmin epizoda biz də baxdıq və gördük ki, qol təmiz vurulub. Ancaq mən burda qərəz axtarmaq istəmirəm. Hakim də insandır da, səhv edə bilər.
- Mən yenə Tərlan Quliyevin son dəqiqədəki zərbəsinə toxunuram. O zərbə qol olsaydı təsəvvür edin nə olacaqdı. Niyə udanda hamı üstündən keçir, amma uduzan kimi kaseti, diski götürüb düşürük hakimin üstünə?
- Mən sizə bir söz deyim. Səhv etsə də cavan hakimlərdə qərəz yoxdur. İkinci bir tərəfdən, bizim hakimlərin üstünə daha çox gedəndə, onları daha çox təzyiq altında saxlayanda səhvləri də çox olur.
Anar XANLAROV