Qurban Qurbanov Rauf Əliyevin hərəkətinə münasibət bildirdi (sportal.az)

single-news
10 Sen 2012

Qurban Qurbanov Rauf Əliyevin hərəkətinə münasibət bildirdi (sportal.az)



"Raufun Foqtsu söydüyünə inanmıram"
 
Milli komandamızın üzvü Rauf Əliyevin İsraillə oyunda əvəzlənərkən etdiyi çılğınlıq və Berti Foqtsun ünvanına işlətdiyi təhqiramiz ifadələr hələ də əsas müzakirə mövzusu olaraq qalır.
 
Sportal.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da futbolçusunun hərəkətinə münasibət bildirib. "Sport Favorit"ə danışan mütəxəssis Əliyevlə bağlı bunları dilə gətirib:
 
"Düşünmürəm ki, Raufda psixoloji pozuntu olsun. Sadəcə, onu başa düşmək olar. Raufu mən daha yaxşı tanıyıram. Son vaxtlar həddindən artıq çox oynamaq istəyir. Hamı düşünürdü ki, "Xəzər Lənkəran"a keçəcək. Bir az o məsələnin, bir az da öz oyununun alınmaması, son olaraq da milli komandada əvəzlənməsi futbolçuya lap təsir etdi. Bu yaşda Raufun hərəkəti normal haldı. Ancaq bu etapı adlamalıdı.
 
Raufu yaxşı tanıyıram, inanmıram ki, kimisə söysün. Eşitməsəm, inanmaram. Ondan pis söz eşitməmişəm bu günə kimi. Amma hirslənməsi normal haldı. Mən də oynadığım vaxtlarda hirslənmişəm, əsəblərimi cilovlaya bilməmişəm. Belə şeylər futbolçunun yandığını göstərir. Əgər hər belə xırdalıqlara fikir versək, gərək, hamısını bir-bir çıxardaq. Belə şeylər normal qarşılanmalıdı. Amma yenə deyirəm ki, Raufun Foqtsu söydüyünə inanmıram".

Paylaş

// pop up