Qurban Qurbanov:` Rəqibin ciddiliyini qəbul etmək lazımdı`

single-news
21 İyn 2010

Qurban Qurbanov:` Rəqibin ciddiliyini qəbul etmək lazımdı`



`Qarabağ`ımızın Avroliqanın ilk mərhələsində rəqibi `Metallurq` olacaq. Ötən mövsüm Makedoniya çempionatını 3-cü pillədə bitirən Skopye təmsilçisi ilə ilk oyun Bakıda baş tutacaq. Püşklə bağlı komandamızın başarılı çalışdırıcısı Qurban Qurbanov `Qarabağ`ımızın saytına açıqlama verib:` Özümüzü istənilən rəqibə qarşı hazırlamışdıq. Avrokuboklarda çıxış edən komandalar öz ölkələrində fərqlənərək bura düşüblər. Etiraf edim ki, Andorra, Farer adaları kimi ölkələrin klubları digərlərinə qarşı bir qədər zəif görünürdü. Onlarla oynamaq daha asan olardı.  Amma, istənilən halda rəqibin ciddiliyini qəbul etmək lazımdır. Makedoniya son illərdə yüksəlişdədir. Millimizlə son oyunda göstərdikləri futbol onların səviyyəsindən xəbər verir. Hələ də rəqiblə bağlı tam araşdırma aparmamışıq. Amma bildiyimə görə, gənc komanda olmaqla yanaşı millidə də bir neçə futbolçuları var.`

Paylaş

// pop up