Qurban Qurbanov: "Rəqiblərimizi daha yaxından analiz etməyə çalışacağıq"

single-news
30 Avq 2019

Qurban Qurbanov: "Rəqiblərimizi daha yaxından analiz etməyə çalışacağıq"



Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb. "Qarabağ"ımız A qrupunda "Sevilya" (İspaniya), APOEL (Kipr) və "Düdelanj" (Lüksemburq) klubları ilə bir qrupda mübarizə aparacaq. Komandamızın baş məşqçisi Qurban Qurbanov püşkü klubumuzun rəsmi saytına açıqlamasında dəyərləndirib: 

 

"Rəqiblərimizdən APOEL tanış rəqibdir, gücləri bəllidir. "Düdelanj"la daha öncə qarşılaşmışıq, amma həmin vaxtdan uzun müddət keçib. Onların ardıcıl olaraq qrup mərhələsində iştirakı uğurlarının təsadüfi olmadığının göstəricisidir. "Sevilya" isə hamıya məlumdur, Avropa Liqasını ən çox qazanmış klubdur. Hələ vaxtımız var, rəqiblərimizi daha yaxından analiz etməyə çalışacağıq".

Paylaş