Qurban Qurbanov: "Sabah ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq"

single-news
24 Okt 2018

Qurban Qurbanov: "Sabah ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq"



"Qarabağ"ımız UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda sabah "Vorskla" klubunu qəbul edəcək.

Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:

"Hamı bilir ki, vacib oyuna çıxırıq. İki turdan sonra hər iki komanda xalsızdı. Oyun haqda çox danışmağa ehtiyac yoxdu. Komandanı tam hazırlamışıq. Hamı matça ciddi hazırlaşır. Düşünürəm ki, sabah maraqlı və gərgin mübarizə olacaq. Sabah ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq".

 

Futbolçumuz Miçel də oyun haqda danışıb:

 

"Bilirik ki, bizi çox çətin və önəmli oyun gözləyir. Rəqib barədə yüksək fikirdəyik. Oyunlarını izləmişik, yaxşı komandadı. İlk iki oyunda uduzsalar da, rəqiblərinə çətin anlar yaşadıblar. Ancaq biz də özümüzə güvənirik. Rəqibi yaxşı analiz etmişik. İnanırıq ki, müsbət nəticə qazanacağıq".

Paylaş

// pop up