Qurban Qurbanov: "Sabah işimiz heç də asan olmayacaq"

single-news
6 Avq 2018

Qurban Qurbanov: "Sabah işimiz heç də asan olmayacaq"



"Qarabağ"ımız Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında Belarusun BATE klubunu qəbul edəcək. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib: 

 

"Vacib oyuna çıxacağıq. BATE Çempionlar Liqasında böyük təcrübəsi olan komandadı. Neçə illərdi stabil olaraq avrokuboklarda çıxış edirlər. Nəticə qazanmağı bacaran komandadı. Sabah işimiz heç də asan olmayacaq. Ancaq pis hazırlaşmamışıq. İlk oyun həmişə çətin olur. Həddən artıq diqqətli olmalıyıq. Biz nə qədər qalib gəlmək istəyiriksə, rəqib də bu fikirdədi. BATE bizdən aşağı səviyyədə deyil. Hər bir komandanın gücü var ki, mərhələ keçsin. Çalışacağıq səhvsiz oynayaq".

Paylaş

// pop up