Qurban Qurbanov: "Sabah meydanda ən yaxşısını və düzgün olanı etməyə çalışacağıq"

single-news
21 Avq 2019

Qurban Qurbanov: "Sabah meydanda ən yaxşısını və düzgün olanı etməyə çalışacağıq"



Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ"ımız səfərdə Şimali İrlandiyanın "Linfild" klubunun qonağı olacaq. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib:

"Açıqlamalardan hiss olunur ki, "Linfild" olduqca istəklidir. Rəqibin oyununa baxmışıq, analiz etmişik. Qarşılaşmaya yaxşı hazırlaşmışıq. Sabah meydanda ən yaxşısını və düzgün olanı etməyə çalışacağıq. Rahil Məmmədovla Riçard Almeyda cəzalı durumda olduğu üçün bəllidir ki, oyunu buraxacaqlar. Bədavi Hüseynov isə bir müddətdir ki, zədəlidir. Ailton Silva və Maksim Medvedev son məşqlərdə problem yaşadı və onlarla bağlı konkret qərar veriləcək. Onların müayinəsindən və həkimlərin məsləhətindən sonra son duruma aydınlıq gələcək".

Paylaş