Qurban Qurbanov: "Sabahkı oyuna tam konsentrasiya olmalıyıq"

single-news
23 İyl 2019

Qurban Qurbanov: "Sabahkı oyuna tam konsentrasiya olmalıyıq"



"Qarabağ"ımız UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda sabah səfərdə İrlandiyanın "Dundalk" klubunun qonağı olacaq. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyun haqda fikirlərini bildirib: 


"Bütün fikrimizi sabhkı oyuna cəmləmişik. Rəqibimiz elə bir komandadır ki, həm ev, həm də səfərdə eyni oyunu göstərməyə çalışır. Orta xəttdə çox sürətli və təhlükəli futbolçuları var. Başda baş məşqçi olmaqla bütün komanda olduqca istəklidir.  Düzdür, sabah süni örtüklü meydanda oynayacağıq, bu da futbola təsir edir. Təbii örtüklü meydançada oynamaq istərdik, amma hazırda bu haqda fikirləşməyə vaxtımız yoxdur, sabahkı oyuna tam konsentrasiya olmalıyıq. İlk turun ilk oyununda qeydə alınan heç-heçə növbəti mərhələ üçün faydalı olmuşdu, amma bunu sabahkı oyun haqda demək olmaz. Bilirik ki, sabah bizə qarşı tam motivasiya olunmuş bir komandaya qarşı oynayacağıq". 

Paylaş

// pop up