Qurban Qurbanov: "Səfərdəki oyunda rəqibi daha yaxından tanıdıq"

single-news
23 Fev 2022

Qurban Qurbanov: "Səfərdəki oyunda rəqibi daha yaxından tanıdıq"



Baş məşqçimiz Qurban Qurbanovun UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində "Marsel" ilə oyundan öncə mətbuat konfransında fikirləri:

 

"Bu oyuna həqiqətən də çox böyük maraq var. Azarkeşlərimiz də çox istəklidir. Bizə inandıqlarına görə onlara təşəkkür edirik. Rəqibin yaxşı baş məşqçisi və futbolçuları var. Onların oyunlarını analiz etmişik. Səfərdəki oyunda rəqibi daha yaxından tanıdıq. İnanıram ki, futbolçular özlərini daha yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Bunu onlardan tələb edəcəyəm. Azarkeşlərimizi sevindirməyə çalışacağıq".

Paylaş

// pop up