Qurban Qurbanov: "Səhvlərə yol verməməliyik"
Qurban Qurbanov: "Səhvlərə yol verməməliyik"
Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ"ımız sabah səfərdə APOEL-in qonağı olub. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:
"APOEL-in gücü hər kəsə məlumdur, hesab edirəm ki, bu haqda ətraflı danışmağa ehtiyac yoxdur. Ötən mövsümə nisbətən rəqibin heyətində ciddi dəyişikliklər olub, bəzən belə məqamlarda bu dəyişikliklər komandanın xeyrinə olur. Çünki komandanın ötən mövsümkü heyətini analiz etdikdə bu mövsüm oyunlarda sürprizlərlə qarşılaşa bilərsən. Rəqibin heyətində sürətli, təhlükəli futbolçular kifayət qədərdir, ona görə kimisə fərqləndirmək istəməzdim. Biz də çalışıb diqqətli oynamalıyıq, səhvlərə yol verməməliyik. Rəqibin azarkeşləri çox çılğındılar, sayları az olsa belə stadionu dolu göstərməyə çalışacaqlar. Təbii ki, dolu tribunalar önündə oynamaq xoşdur, amma biz yalnız meydana konsentrasiya olmalıyıq".