Qurban Qurbanov: "Son oyunda stadionun dolmasını istəyərdik"

single-news
11 Dek 2019

Qurban Qurbanov: "Son oyunda stadionun dolmasını istəyərdik"



"Qarabağ"ımız UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda sabah "Düdelanj"ı qəbul edəcək. Oyunöncəsi mətbuat konfransında komandamızın baş məşqçisi Qurban Qurbanov öz fikirlərini bildirib:

"Son oyunumuzdur. Hiss olunur ki, maraq azdır. Hər halda, oyuna ciddi hazırlaşacağıq. Normal oyunla, yaxşı nəticə ilə turniri başa vurmaq istəyirik. Bu oyundan əvvəl futbolçulara sərbəstlik vermişik. Oyuna hazırlıq prosesində də, məşqlərdə də. “Düdelanj” tanıdığımız rəqibdir, bu gün və sabah rəqibi daha yaxından tanıyacağıq. Bizim üçün hər oyun ciddidir. Stadionun dolu olmasını istərdik. Azarkeşlərimizi də başa düşürəm. Stadionda olmasalar da, bizimlə olacaqlar. Son oyunda stadionun dolmasını istərdik".

Baş məşqçimizlə yanaşı vitse-kapitanımız Maksim Medvedev öz fikirlərini bildirib:

"Baxmayaraq ki, şansımız yoxdur, son oyunumuzda yaxşı nəticə qazanmaq istəyirik. Oyunun önəmi böyük olmasa da, ən yaxşısını etməyə çalışacağıq. Bizim işimiz futbol oynamaqdır. Bu, azarkeşlər üçün bir növ şoudur. Biz də istərdik ki, stadion dolsun. Ancaq elə azarkeşlər var ki, bizim köhnə nəticələrimizə baxıb, gəlməyəcəklər. Əsl azarkeşlər yanımızda olmalıdır. Mən özüm azarkeş olsaydım, stadiona gələrdim".

Paylaş

// pop up