Qurban Qurbanov: "Son vaxtlar bu cür futbol həyəcanı yaşamamışdıq"

single-news
13 Avq 2021

Qurban Qurbanov: "Son vaxtlar bu cür futbol həyəcanı yaşamamışdıq"



Baş məşqçimiz Qurban Qurbanov "Qarabağ" - AEL oyunundan (1:0) sonra qələbə barədə fikirlərini bölüşüb:

 

"Futbolçularımı, azarkeşlərimizi təbrik edirəm. Son vaxtlar bu cür futbol həyəcanı yaşamamışdıq. Belə atmosfer üçün darıxmışdıq. Səfərdəki bəzi səhvləri burada təkrarlamadıq. Futbolçular diqqətli oynadılar. Onların döyüşməsindən razı qaldım. Vaxtımız azdır. Qarşıdakı matçlara hazırlaşmalıyıq. Düşünürəm ki, futbolçuların inkiaşfı üçün çox vacib qarşılaşma idi. Gənc futolçular belə görüşlərdə futbolun nə olduğunu dərk edirlər".

Paylaş

// pop up